Fransa millisinin sabiq futbolçusu Robert Pires həmyerlisi Kilian Mbappenin “Real”a keçməli olduğunu düşünür. Matc.az xəbər verir ki, 50 yaşlı mütəxəssis hücumçunun bu transferə ehtiyacının olduğunu düşünür:

“Nəhayət, o, “Real”da oynayacaq. İnkişaf etmək istəyirsə bu addımı atmalıdı. Mən fransalıyam, PSJ-ni və Liqa 1-i sevirəm. Lakin Mbappe böyümək istəyirsə, Madridə getməlidi.

Qeyd edək ki, Mbappenin PSJ ilə müqaviləsi cari mövsümün sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest