“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola UEFA prezidenti Aleksander Çeferinin klubun maliyyə feyr-pley qaydalarını pozması ilə bağlı sözlərinə münasibət bildirib. Matc.az xəbər verir ki, Çeferin daha əvvəl “şəhərlilər”in qanunsuz iş gördüklərinə əmin olduğunu söyləmişdi.

UEFA 2020-ci ildə klubu avrokubokundan uzaqlaşdırsa da, İdman Arbitraj Məhkəməsi (CAS) bu qərarı ləğv etmişdi.
Qvardiola özlərini müdafiə etmək iqtidarında olduqlarını söyləyib: “Bir hüquqşünas və UEFA prezidenti kimi Çeferin qərarı gözləməli və yalnız bundan sonra istədiyini etməlidi. Vəkil prosedura hörmət etməli və gözləməlidi. Onun UEFA-da çox işi var, bizim də özümüzü müdafiə etmək hüququmuz var”.