“Fasilədən sonra keyfiyyət baxımından daha yaxşı idik. Sadəcə, irəlidə kəskinlik çatışmırdı. Məni ən çox narahat edən məqam o idi ki, uşaq səhvləri buraxırıq. Top ora-bura dəyir, axırda onu tordan çıxarırıq".
“İkitərəfli fikir yaranıb. İkinci hissədə daha yaxşı “Səbail” gördük”. Matc.az xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib.
Paytaxt təmsilçisi Azərbaycan Premyer Liqasının XIX turunda səfərdə “Turan Tovuz”a 1:3 hesabı ilə məğlub olub.
Qarşılaşmanın ardından təşkiledilən mətbuat konfransında Diniyev ikinci hissədəki performanslarından razılıq bildirib: “Fasilədən sonra keyfiyyət baxımından daha yaxşı idik. Sadəcə, irəlidə kəskinlik çatışmırdı. Məni ən çox narahat edən məqam o idi ki, uşaq səhvləri buraxırıq. Top ora-bura dəyir, axırda onu tordan çıxarırıq. Komandada bu qədər zədlilərin olduğunu və transferlərin yeni gəldiklərini də nəzərə almaq lazımdı. Yeni gələnlər vaxt keçdikcə daha keyfiyyətli çıxış edəcəklər. Bu gün ikinci hissədəki çıxışımızdan razı qaldım. Amma futbolda fakt budu ki, məğlub olmusansa, deməli, uğursuzsan. Ancaq mən komandamı uğursuz saymıram. Turdan-tura daha yaxşı “Səbail” izləyəcəyik. “Turan Tovuz” da “Kəpəz”ə məğlubiyyəti sığortalamaq üçün mütləq qalib gəlməli idi. Bunu bacardılar. İkinci hissədə taktiki cəhətdən ağıllı oynayaraq bizi əks-hücumda tutmağa çalışdılar. Buna da nail oldular”.