“Azarkeşlər bu gün bizi dəstəklədilər. Ağır oyundan gəlmişdik, yorğun idik. Qəbələdə “Kəpəz”ə qarşı görüşdə hava şəraiti də çətin idi, futbolçulara ikiqat yük düşmüşdü. Amma bu gün futbolçuların xarakteri göstərdi ki, bu matçın mahiyyətini başa düşmüşük".

“Mühüm qələbə qazandıq. Evdə seriyamızı davam etdirmək istəyirdik”. Matc.az xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.

Premyer Liqanın XIX turunda “Səbail”i qəbul edən Tovuz təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Görüşün ardından keçirilən mətbuat konfransında Abbasov komandasının çıxışını dəyərləndirib: “Azarkeşlər bu gün bizi dəstəklədilər. Ağır oyundan gəlmişdik, yorğun idik. Qəbələdə “Kəpəz”ə qarşı görüşdə hava şəraiti də çətin idi, futbolçulara ikiqat yük düşmüşdü. Amma bu gün futbolçuların xarakteri göstərdi ki, bu matçın mahiyyətini başa düşmüşük. Meydana qələbə üçün çıxmışdıq. İstədiyimiz hücumlar oldu. İlk dəqiqələrdən oyun nəzarətimizdə oldu, rəqibin boşluqlarını bilirdik və ondan istifadə edirdik. Hesabı açdıqdan sonra ikinci qolu da vura bilərdik. Rəqibin də əks-hücumdan epizodları olurdu. Bunu gözləyirdik. Fasilədən sonra rəqibdə dəyişikliklər oldu. Psixoloji amil də rol oynadı, futbolçularımız uduzmaqdan qorxurdular. Ötən oyunda başımıza gələn hadisə təsir edir. Qolu buraxdıqdan sonra psixoloji problem yaşamamağımıza sevindim. Komandama özünəinam üçün belə matçlar vacib idi. Maraqlı çempionat gedir. Hər tur hər şey ola bilər. Sevinirəm ki, aşağı pillələrdən uzaqlaşdıq, yuxarıdakılara yaxınlaşdıq. Hədəf dəyişmir. Hər oyunda uduzmamaq, qalib gəlmək istəyirik”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest