26 Yanvar 2024, 20:22
FUTBOL
"Malyorka" "Osasuna"nın müdafiəçisi Naço Vidalı mövsümün sonuna qədər icarəyə götürüb.
Matc.az xəbər verir ki, futbolçu yeni komandasında 22 nömrəli forma geyinəcək. Bu mövsüm sağ cinah müdafiəçisi La Liqa və İspaniya Kubokunda 8 oyun keçirib və 1 qol vurub. "Transfermarkt" portalı 29 yaşlı ispaniyalıya 2,5 milyon avro qiymət qoyub.