26 Yanvar 2024, 23:00
FUTBOL
"Yuventus"un və Argentinanın U-20 millisinin hücumçusu Matias Sule "Əl-İttihad"ın radarına düşüb.
Matc.az xəbər verir ki, Səudiyyə klubu futbolçu üçün 30 milyon avro təklif edir.
Bu mövsüm “Frozinone”də icarədə olarkən cinah oyunçusu A Seriyasında və İtaliya Kubokunda 22 oyun keçirib, 9 qol vurub, 1 məhsuldar ötürmə verib və 4 sarı vərəqə alıb.