“Hər oyundan sonra məşqçilərin hakimlərdən narazı qalması yaxşı deyil”

“Çətin və çox mübarizəli matç keçdi. “Zirə” ilə bütün oyunlarımız belə alınır”.

Matc.az xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XX turunda qələbə qazanan “Sabah”ın baş məşqçisi Murad Musayev deyib.

Səfərdə “Zirə”yə 1:0 hesabı ilə qalib gələn komandanın çalışdırıcı qırmızı vərəqənin oyunun gedişinə təsir etdiyini bildirib. Musayev növbəti dəfə hakimlərdən şikayətlənib: “İkinci yarıda 10 nəfərlə oynasaq da, intizamlı çıxış etdik. Bizim üçün çox vacib qələbə oldu. Qırmızı vərəqədən sonra ümidimizi sürətli əks-hücumlara bağlamışdıq. Qola da layiq idik. Mən də çox şeydən narazıyam. Elvin Camalovun, Emanuel Apehin qovulmasından. Oyunun gedişində belə qırmızılar ola bilər. İmkan versinlər 11-11-ə oynayaq. Hər oyundan sonra məşqçilərin hakimlərdən narazı qalması yaxşı deyil”.

Qeyd edək ki, 44-cü dəqiqədən azlıqda qalan “Sabah” əsas vaxta əlavə olunmuş 9-cu dəqiqədə penaltidən qələbə topunu vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest