28 Yanvar 2024, 11:21
FUTBOL
Türkiyə Superliqasının 23-cü turu Azərbaycan futbolçuları üçün əlamətdar olub.
Matc.az xəbər verir ki, yığmanın iki futbolçusu qardaş ölkədə üz-üzə gəlib.
Şahruddin Məhəmmədəliyevin qapısını qoruduğu “Adana Dəmirspor” öz meydanın Renat Dadaşovun çıxış etdiyi “Hatayspor”u qəbul edib. Oyunun taleyini bir qol həll edib. Portuqaliyalı tanınmış futbolçu Naninin avtoqolu Renatın komandasın 3 xal qazandırıb. Hər iki futbolçumuz ilk dəqiqələrdən meydanda olub. Şahruddin 90 dəqiqə mübarizə aparsa da, Dadaşov 68-ci dəqiqədə əvəzlənib. Renat 48-ci dəqiqədə sarı vərəqə alması ilə yadda qalıb.