28 Yanvar 2024, 13:15
FUTBOL
"Qalatasaray"ın futbolçusu Saşa Boenin "Bavariya"ya keçidi rəsmiləşib.
Matc.az xəbər verir ki, Münhen klubu 23 yaşlı cinah müdafiəçisi üçün 30 milyon avro ödəyib. "Sarı-qırmızılar" bu keçidə görə əlavə 5 milyon avro da əldə edə bilər. Onun "Bavariya" ilə müqaviləsi 2028-ci ilin yayınadək nəzərdə tutulub.