28 Yanvar 2024, 18:03
FUTBOL
"Məhkəməyə şikayət etsək də, nəticəsiz qaldı. Bu qərar UEFA üçün daha yaxşıdır, nəinki qarşı tərəf üçün"
UEFA prezidenti Aleksander Çeferin "Superliqa" haqda danışıb.
Matc.az xəbər verir ki,dekabrda Avropa Ədalət Məhkəməsi UEFA və FİFA-nın regionda klub yarışlarında monopoliyaya malik olmadığı və layihənin potensial iştirakçılarına sanksiya tətbiq edə bilməyəcəyi barədə qərar çıxarmışdı. Sloveniyalı funksioner bu barədə açıqlama verib:
"Məni təəccübləndirən və məyus edən əsas məsələ verilən qərardan tamamilə fərqli olan press-reliz oldu. Məhkəməyə şikayət etsək də, nəticəsiz qaldı. Bu qərar UEFA üçün daha yaxşıdır, nəinki qarşı tərəf üçün. Biz futbolu idarə edirik. Biz meydanlar tikirik, çoxlu problemləri həll edirik, ona görə də lobbiçilik yəqin ki, onların əsas işidir, amma bizim deyil".