Şeydayev oyuna start heyətdən başlayıb, 40-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb və 72-ci dəqiqədə əvəzlənib.

Milli komandamızın futbolçuları Coşqun Diniyevlə Ramil Şeydayev Türkiyə çempionatında növbəti oyunlarına çıxıblar.  Matc.az xəbər verir ki, Diniyevin formasını geyindiyi "Ümraniyəspor" 1-ci Liqanın 20-ci turunda "Sakaryaspor"la oyunda xal itkisi yaşayıb. Həmyerlimizin komandası 1:1 hesablı heç-heçə edib. Coşqun oyuna əsas heyətdə başlayıb və 83-cü dəqiqədə əvəzlənib. 
 

Ramilli "Kocaelispor" isə "Altay" səfərində olub. Görüş qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Şeydayev oyuna start heyətdən başlayıb, 40-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb və 72-ci dəqiqədə əvəzlənib. 

Qeyd edək ki, Ümraniyə təmsilçisi 24 xalla 10-cu pillədə qərarlaşıb. Kocaəli klubu isə 39 xalla 3-cü yerdədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest