Mövsümün sonunda “Barselona”nı tərk edəcək ilk futbolçu müəyyənləşib. Matc.az xəbər verir ki, kapitan Serxi Roberto yayda başqa kluba keçəcək.

Roberto daha 1 illik müqaviləyə hazır idi və bunu baş məşqçi Xavi ilə razılaşdırmışdı. Lakin çalışdırıcının yayda ayrılacağını açıqlamasından sonra rəhbərlik müdafiəçi ilə sözləşməni uzatmamaq qərarına gəlib.

Qeyd edək ki, Serxi Roberto 2010-cu ildən “Barselona”da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest