“Sabah” Premyer Liqada ilk dəfə 2018-ci il avqustun 12-də “Şamaxı” ilə matçda qapısının toxunulmazlığını qoruyub. Həmin oyunda da paytaxt təmsilçisi 1:0 hesablı səfər qələbəsinə sevinib.

“Sabah” 50-ci dəfə Premyer Liqa oyununda qapısının toxunulmazlığını qoruyub. Matc.az xəbər verir ki, bakılılar son olaraq XX turda “Zirə” ilə görüşdə bunu bacarıb.
 
Murad Musayevin yetirmələri səfər qarşılaşmasında 1:0 hesablı qələbə qazanıb. 2018-19 mövsümündən elitada çıxış edən “Sabah” 161-cı qarşılaşmasında 50-ci quru oyununu keçirib. Bunun 23-ü ev, 27-si isə səfər görüşünə təsadüf edib.
 
Bakılılar ölkə çempionatlarında 50 və daha çox quru oyun keçirən 21-ci komandadı.
 
Qeyd edək ki, “Sabah” Premyer Liqada ilk dəfə 2018-ci il avqustun 12-də “Şamaxı” ilə matçda qapısının toxunulmazlığını qoruyub. Həmin oyunda da paytaxt təmsilçisi 1:0 hesablı səfər qələbəsinə sevinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest