Stokholm təmsilçisi Yesper Löfqreni “Lütsern”ə (İsveçrə) icarəyə verib, Karlos Morosu HİK-ə (Finlandiya), Albion Ademini “Varnamo”ya (İsveç) satıb. Pyerr Benqtsson, Elliot Kek, Tommi Vaiho və Andre Pikornell isə hazırda klubsuzdular.

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının şərəfini qoruduğu “Yurqorden” yeni mövsümün hazırlıqlarını davam etdirir. Matc.az “fotbolldirekt.se” saytına istinadən xəbər verir ki, İsveç klubu mövsümlərarası fasilədə artıq 7 futbolçu ilə yollarını ayırıb.
 
Stokholm təmsilçisi Yesper Löfqreni “Lütsern”ə (İsveçrə) icarəyə verib, Karlos Morosu HİK-ə (Finlandiya), Albion Ademini “Varnamo”ya (İsveç) satıb.
 
Pyerr Benqtsson, Elliot Kek, Tommi Vaiho və Andre Pikornell isə hazırda klubsuzdular.
 
Eyni zamanda Hampus Finndell, Besard Saboviç və Noel Milleskoqun da “Yorqorden”i tərk etməsi istisna edilmir. Çünki onlar üçün sərfəli təkliflər var. Yarımmüdafiəçi Lukas Berqvall da komandadan ayrılacaq. Ancaq o, yayda düşərgəni tərk edəcək. Çünki 17 yaşlı oyunçu yay “transfer pəncərəsi” üçün İspaniya nəhəngi “Barselona” ilə anlaşıb.
 
Rəhbərlik yeni mövsüm öncəsi əsasən hücum xəttinin gücləndirilməsinə çalışır. Musa Qurbanlının komandada qalacağı dəqiqdi. Yeni alınacaq forvard isə əsas heyət uğrunda onunla yarışmalı olacaq. 
 
Qeyd edək ki, İsveç çempionatında yeni mövsümə martın 30-da start veriləcək. “Yurqorden” ilk oyununu aprelin 1-də səfərdə “Göteborq”a qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest