29 Yanvar 2024, 12:06
FUTBOL
Abışov yaya qədər I Liqanın liderinin düşərgəsində olacaq. Bu müddətdə o, rus və ingilis dili kurslarına da qatılacaq.
Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov Rusiyanın “Dinamo” (Mahaçqala) klubunun düşərgəsindədi. Matc.az xəbər verir ki, bu barədə 36 yaşlı keçmiş müdafiəçi öz sosial şəbəkə vasitəsilə paylaşım edib.
O, sabiq baş məşqçisi Kurban Berdıyevin yanında təcrübə keçəcək. Mahaçqala təmsilçisi hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadı. Abışov da Berdıyevdən məşqçiliyin sirlərini öyrənməklə məşğuldu.
Abışov yaya qədər I Liqanın liderinin düşərgəsində olacaq. Bu müddətdə o, rus və ingilis dili kurslarına da qatılacaq.
Qeyd edək ki, Ruslan Abışov 2013-2014-cü illərdə Kurban Berdıyevin baş məşqçisi olduğu Rusiya “Rubin”inin formasını geyinib.
