“İnter”in futbolçusu Yonuts Radu Səudiyyə Ərəbistanına köçüb. Matc.az xəbər verir ki, rumıniyalı qapıçı “Əl-Şəbab”a keçib.

26 yaşlı qolkiper mövsümün sonuna qədər icarə əsasında ərəb klubunda çıxış edəcək. Mövsümün ilk yarısını icarə əsasında “Bornmut”da keçirən Radu hazırda İngiltərə təmsilçisi ilə müqaviləyə xitam vermə mərhələsindədi.

O, cari mövsüm “Bornmut”un heyətində cəmi 5 matçda iştirak edib, 11 qol buraxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest