29 Yanvar 2024, 13:44
FUTBOL
“Bavariya”nın kapitanı Manuel Noyer “Liverpul”un baş məşqçisi Yurgen Kloppun gələcəkcə Münhen təmsilçisinə rəhbərlik edəcəyinə inanır. Matc.az xəbər verir ki, 37 yaşlı qapıçı təcrübəli mütəxəssisin onları çalışdıracaq gücdə olduğunu düşünür:
“Məncə, bu, ondan asılıdı. Düşünmürəm ki, “Bavariya” ona qarşı laqeyiddi. Çünki Klopp tanınmış, çox yaxşı, təcrübəli, taktiki cəhətdən zəkalı, bütün futbolçuların böyük hörmətini qazanmış məşqçidi. O, nə vaxtsa “Bavariya”da işləməyə potensial namizəddi. Ola bilsin ki, bir müddət istirahət etmək istəyir”.
Qeyd edək ki, Yurgen Klopp mövsümün sonunda “Liverpul”dan ayrılacağını açıqlayıb.