“İnter”in hücumçusu Lautaro Martines klub tarixinin bombardiri siyahısında səkkizinci pilləyə yüksəlib. Matc.az xəbər verir ki, argentinalı forvard son olaraq A seriyasının XXII turunda “Fiorentina” ilə görüşdə fərqlənib.

1:0 hesabı ilə başa çatan matçda komandasına qələbə qazandıran 26 yaşlı oyunçu ümumi qol sayını 124-ə çatdırıb. Kristian Vyerini (123) qabaqlayan Martines 8-ci pilləni Mauro İkardi (124) ilə bölüşür.

“İnter”in tarixinin bombardiri Cüzeppe Meatsadı (287 qol).

Qeyd edək ki, Lautaro Martines 2018-ci ildən “İnter”də çıxış edir. “Fiorentina” ilə matç onun klub üçün 265-ci oyunu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest