29 Yanvar 2024, 15:03
FUTBOL
“Fənərbaxça” yeni transferini açıqlayıb. Matc.az xəbər verir ki, Türkiyə klubu millinin müdafiəçisi Çağlar Söyüncünü “Atletiko”dan heyətinə qatıb.
Razılığa əsasən, 28 yaşlı arxa xətt oyunçusu mövsümün ikinci dövrəsini icarə əsasında Superliqa təmsilçisində keçirəcək.
Qeyd edək ki, Çağlar Söyüncü daha əvvəl “Frayburq” və “Lester”də çıxış edib.