“Neftçi” Azərbaycan Premyer Liqasında penalti həsrətinə son qoyub. Matc.az saytının məlumatına görə, Bakı klubu cari mövsüm 17 turdan sonra ilk dəfə onbirmetrlik zərbə yerinə yetirib.
Bu, XX turda “Qəbələ” ilə keçirilən qarşılaşmada baş verib. Matçın 61-ci dəqiqəsində baş hakim İnqilab Məmmədov bakılıların lehinə penalti təyin edib. Zərbəni dəqiq yerinə yetirən kapitan Emin Mahmudov həm də cari mövsüm çempionatda qol hesabını açıb.
Bu, “ağ-qaralar”ın cari mövsüm qazandığı 2-ci panalti zərbəsi olub. Bakılılar buna qədər yalnız II turda “Səbail”lə görüşdə onbirmetrlik zərbə vurmuşdular. Həmin görüşdə Kenni Sayef qapıçı ilə dueldən qalib ayrılmış və qarşılaşma 1:1 hesabı ilə yekunlaşmışdı.
Qeyd edək ki, “Neftçi” “Qəbələ”ni 3:1 hesabı ilə məğlub edib.