“Atletiko”nun hücumçusu Alvaro Morata biznesə atılıb. Matc.az xəbər verir ki, o, yaxın dostu olan iş adamı Pablo Nuno ilə birlikdə “Manolo Bakes” kafelər şəbəkəsinin səhmlərini alıb.

Cütlük buna görə 60 milyon avro xərc çəkib. Futbolçu şirkətə əlavə sərmayələr də qoyub. Lakin konkret məbləğ qeyd olunmayıb.

“Manolo Bakes” gündə 60 mindən çox kruvasan satan kafelər şəbəkəsidi. Hazırda İspaniyada 40-dan çox müəssisə fəaliyyət göstərir. 2024-cü ilin sonuna onların sayı 70-ə qədər arta bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest