Bir neçə gün əvvəl “Qalatasaray”dan “Bavariya”ya keçən Saşa Boe Türkiyə futbol tarixinə düşüb. Matc.az xəbər verir ki, fransalı müdafiəçi Türkiyədən xarici kluba ən yüksək məbləğə satılan oyunçu rekordunu yeniləyib.
O, “Beşiktaş”ın hücumçusu Cenk Tosunun göstəricisini yaxşılaşdırıb.
Türkiyə klublarının ölkə xaricinə ən baha qiymətə satdığı 10 futbolçu:
1. Saşa Boe (“Qalatasaray”dan “Bavariya”ya): 30 milyon avroya
2. Cenk Tosun (“Beşiktaş”dan “Everton”a): 22 milyon
3. Arda Gülər (“Fənərbağça”dan “Real”a): 20 milyon
4. Kim Min-Jae (“Fənərbağça”dan “Napoli”yə): 18,05 milyon
5. Vedat Muriqi (“Fənərbağça”dan “Latsio”ya): 17,5 milyon
6. Yusuf Yazıcı (“Trabzonspor”dan “Lill”ə): 16,5 milyon
7-9. Badu Ndiaye (“Qalatasaray”dan “Stok Siti”yə): 16 milyon
7-9. Elif Elmas (“Fənərbağça”dan “Napoli”yə): 16 milyon
7-9. Moussa Sou (“Fənərbağça”dan “Əl-Əhli”yə): 16 milyon
10. Elvir Baliç (“Fənərbağça”dan “Real”a): 15,6 milyon
Qeyd edək ki, Saşa Boe “Bavariya” ilə 2028-ci ilin yayınadək müqavilə bağlayıb.