29 Yanvar 2024, 18:03
FUTBOL
"Bavariya"nın və Almaniya yığmasının hücumçusu Leroy Sane karyerasını Münhendə davam etdirmək istədiyini bildirib.
Matc.az xəbər verir ki, 28 yaşlı futbolçu klub direktoru ilə bu barədə danışdığını qeyd edib:
Bu barədə artıq Kristof Freundla söhbətimiz olub, hər şey qaydasındadır. Yenidən görüşməyə razılaşdıq. Sonda nə olacağını görəcəyik. Ailəniz olanda onlar üçün də qərarlar verirsiniz. Hazırda bizim üçün hər şey çox yaxşı gedir. Münhendə özümüzü rahat hiss edirik".
Sane 2020-ci ilin yayından "Bavariya"da çıxış edir. Onun müqaviləsi 2025-ci ilin yayında başa çatır. Bu mövsüm 28 yaşlı vinger bütün turnirlərdə 28 oyun keçirib, 9 qol vurub, 11 məhsuldar ötürmə edib, həmçinin 5 sarı vərəqə alıb. "Transfermarkt" portalı almaniyalıya 80 milyon avro qiymət qoyub.