29 Yanvar 2024, 18:56
FUTBOL
"Sevilya"nın yarımmüdafiəçisi İvan Rakitiç İspaniya klubu ilə 2024-cü ilin yayına qədər qüvvədə olan müqaviləsini vaxtından əvvəl ləğv edib.
Matc.az xəbər verir ki, futbolçu Səudiyyə Ərəbistanının "Əl-Şəbab" komandasına keçir. O, artıq tibbi müayinədən keçib. Müqavilə 2025-ci ilin iyun ayına kimi qüvvədə olacaq.
Qeyd edək ki, David De Xeanın da "Əl-Şəbab"la danışıqlar apardığı daha əvvəl bildirilmişdi.