"Nottinghem Forest", mövsümün sonuna qədər "Los-Anceles"ə keçə bilməsi üçün hücumçu Divok Originin "Milan"dan icarəsinin vaxtını azaltmağa hazırdır.
 
Matc.az xəbər verir ki, transfer pəncərəsi bağlanana qədər futbolçunun ABŞ-a köçəcəyi gözlənilir. Amerikalılar Origini 4 milyon 250 min funt-sterlinqə ala biləcəklər.
 
Premyer Liqanın cari mövsümündə 28 yaşlı hücumçu 9 oyun keçirib və 1 sarı vərəqə alıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest