29 Yanvar 2024, 19:36
FUTBOL
"Luton Taunn", "Sint-Truiden"in və Yapiniya yığmasının müdafiəçisi Daiki Haşiokanı heyətinə qatacaq.
Matc.az xəbər verir ki, tərəflər arasında müqavilə şərtləri artıq razılaşdırılıb. O, bu gün tibbi müayinədən keçib. Transfer məbləği isə 2 milyon avro olub.
Belçika çempionatı və kubokunun cari mövsümündə 24 yaşlı sağ cinah müdafiəçisi 19 oyun keçirib, 2 qol vurub, 2 məhsuldar ötürmə edib və 4 sarı vərəqə alıb.