29 Yanvar 2024, 20:34
FUTBOL
"Fatih Karagümrük"də icarə əsasında çıxış edən "Verona"nın müdafiəçisi Koray Günter Rusiya Premyer Liqası klubuna keçə bilər.
Matc.az xəbər verir ki, bunu futbol agenti Ersin Akan açıqlayıb:
"Hələlik konkret bir şey yoxdur, amma deyə bilərəm ki, Günter bu qış Rusiyaya yollana bilər".
Türkiyə Superliqasının cari mövsümündə Günter 1 oyun keçirib. "Transfermarkt" portalı 29 yaşlı almaniyalıya 1,2 milyon avro qiymət qoyub.