"Zenit" Kolumbiya millisinin hücumçusu Mateo Kassierra ilə müqavilənin uzadılması ilə bağlı danışıqlara başlayıb.
 
Matc.az xəbər verir ki, buna səbəb isə “Əl-Şəbab” və “Sevilya”nın futbolçuya göstərdikləri maraq olub. Yeni müqaviləyə əsasən, futbolçunun təzminat məbləği 20 milyon avrodan 30 milyon avroya yüksələcək.
 
Kassierra 2022-ci ilin yayından Rusiya klubunda çıxış edir. Onun hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatır. Bu mövsüm 26 yaşlı hücumçu 22 oyun keçirib, 15 qol vurub və 5 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest