Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib. Matc.az saytının məlumatına görə, raundun ilk oyun günündə 2 qarşılaşma baş tutub.
 
Öncə paytaxt təmsilçiləri “Səbail”lə “Zirə” birincilərin meydanında üz-üzə gəlib. Premyer Liqanın turnir cədvəlində qonşu olan Bakı klublarından ilk duelində qonaqlar sevinib. Matçın fasiləsindən sonra ardıcıl iki qol vuran "Zirə" səfər qələbəsi qazanıb. "Səbail"in gücü fərqi minimuma endirməyə çatıb - 1:2.
 
Ardından mərhələnin mərkəzi matçı oynanılıb. “Qarabağ” uğursuz mövsüm keçirən “Sabah”ın qonağı olub. Görüş "köhlən atlar"ın darmadağını ilə başa çatıb - 1:7
 
Qeyd edək ki, mərhələnin cavab görüşləri fevralın 8-9-da keçiriləcək.
 
Azərbaycan Kuboku
1/4 final
30 yanvar (çərşənbə axşamı)
 
“Səbail” – “Zirə” - 1:2
Qollar: 
Aleksandr Ramalinqom, 70 - Anas Najah, 48 (avtoqol), Ruan Renato, 59
“ASCO Arena”. Baş hakim: İnqilab Məmmədov

“Səbail”: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 8. Bahadur Həziyev, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 21. Anas Najah, 7. Madi Queta
Ehtiyat oyunçular: 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 55. Nir Bardea, 3. Silvayin Deslandes, 44. Yadin Luqasi
Baş məşqçi: Şahin Diniyev
“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 5. Stefan Aka, 4. Ruan Renato, 23. Rafael Utziq, 28. Abbas İbrahim, 6. Eldar Quliyev, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 29. Ceyhun Nuriyev, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 9. Vladislav Kulaç, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 15. Pyer Zebli
Baş məşqçi: Rəşad Sadıqov

“Sabah” – “Qarabağ” 1:7

Qol: Sekidika, 63 - Hamidu Keyta, 21. Juninyo, 28, 45+3, 55. Zubir, 77, 90+3. Diakabi, 88
“Bank Respublika Arena”. Baş hakim: Elmin Məsiyev.

“Sabah”: 55. Nicat Mehbalıyev, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 44. Sofian Çakla, 18. Davit Volkov, 70. Cesse Sekidika, 19. Emmanuel Apeh
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 75. Emil Həbibov, 10. Namik Ələskərov, 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulayev, 88. Xəyal Əliyev, 53. Fəxri Məmmədli, 14. İshak Belfodil, 7. Boyan Letiç, 28. Kahim Parris, 12. Vinsent Til, 27. Jarl Marqarita
Baş məşqçi: Murad Musayev
“Qarabağ”: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 11. Adama Diakabi, 19. Redon Cica, 15. Leandro Andrade
Baş məşqçi: Qurban Qurbanov

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest