“Atletiko” “Yuventus”un hücumçusu Moyze Kinin transferini elan etməyə hazırlaşır. Matc.az xəbər verir ki, İspaniya təmsilçisi bu gün 23 yaşlı forvardla münasibətləri rəsmiləşdirəcək.

Kin artıq paytaxt klubunda tibbi müayinədən keçib, fotosessiyaya qatılıb və klubun mətbuat xidmətinə müsahibə verib. İtaliya millisinin üzvü mövsümün sonuna qədər icarəyə götürülüb. Bu, italyanlara 500 min avro qazandıracaq. Kinin 6 aylıq maaşını da ispanlar öhdəsinə götürüb.

Qeyd edək ki, “Yuventus”un yetirməsi olan Moyze Kinin klubla müqavilə müddəti 2025-ci ilin yayına kimidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest