“Lill”in hücumçusu Conatan Devid böyük klubların diqqət mərkəzinə düşüb. Matc.az xəbər verir ki, 24 yaşlı forvard artıq bir neçə təklif alıb.

Kanada millisinin üzvünün keçidində ən çox maraqlı olan klub isə “Çelsi”di. London təmsilçisi hücum xəttini Devidlə gücləndirmək üçün qarşı tərəflə rəsmi danışıqlara başlayıb. Futbolçunun özü də Premyer Liqada oynamaq arzusundadır.

Qeyd edək ki, 2020-ci ildən “Lill”də oynayan Conatan Devid bu mövsüm 27 görüşdə 11 qol vurub, 6 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest