30 Yanvar 2024, 14:53
FUTBOL
“Neftçi”nin 3 futbolçusu Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Sumqayıt”la ilk oyunu buraxacaq. Matc.az xəbər verir ki, bu barədə paytaxt klubu məlumat yayıb.
Bildirilib ki, Premyer Liqanın XX turunda “Qəbələ”ni 3:1 hesabı ilə məğlub etdikləri görüşdən əvvəl məşqdə zədələnən qapıçı İvan Brkiç müalicəsini davam etdirir. Zədəsi davam edən yarımmüdafiəçi Kilan Lebon fərdi planda hazırlaşır.
Fələstin yığmasının düşərgəsində Asiya Kubokunda iştirak edən orta sahə oyunçusu Ataa Caberin isə komandası turnirlə vidalaşsa da, futbolçu orada bir müddət müalicə keçdikdən sonra Bakıya qayıdacaq.
Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” oyunu sabah keçiriləcək.