Ərəblər “Sevilya”nın yarımmüdafiəçisi İvan Rakitiçlə ilkin razılığa gəldiyindən, Almironun transferindən vaz keçiblər.

“Nyukasl”ın yarımmüdafiəçisi Migel Almiron ən azı yaya qədər İngiltərə klubunda qalacaq. Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano paylaşım edib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının “Əl-Şəbab” klubu paraqvaylı yarımmüdafiəçi ilə maraqlansa da, bu keçid üçün Premyer Liqa təmsilçisinə təklif göndərməyib. Ərəblər “Sevilya”nın yarımmüdafiəçisi İvan Rakitiçlə ilkin razılığa gəldiyindən, Almironun transferindən vaz keçiblər.

Qeyd edək ki, Almiron 2018-ci ildən “Nyukasl”da çıxış edir. Yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 32 oyunda 5 qol, 3 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest