“Udineze” rəhbərliyi də bu keçidin əleyhinə deyil. Udinelilər transfer müqabilində “qoca sinyora”dan 3-4 milyon avro tələb edib. Buna baxmayaraq, “Yuve” yaş amilini nəzərə alaraq, oyunçunu daha ucuz qiymətə heyətə qatmağa çalışır.
“Yuventus” “Udineze”nin yarımmüdafiəçisi Roberto Pereyranı qaytarmağı planlaşdırır. Matc.az xəbər verir ki, Turin təmsilçisinin baş məşqçisi Massimiliano Alleqri 33 yaşlı futbolçunun xidmətində maraqlıdı.
“Udineze” rəhbərliyi də bu keçidin əleyhinə deyil. Udinelilər transfer müqabilində “qoca sinyora”dan 3-4 milyon avro tələb edib. Buna baxmayaraq, “Yuve” yaş amilini nəzərə alaraq, oyunçunu daha ucuz qiymətə heyətə qatmağa çalışır.
Qeyd edək ki uruqvaylı futbolçu 2014-2016-cı illərdə “Yuventus”da çıxış edib. Roberto bu komandanın heyətində 68 oyun keçirib, 6 qol vurub, 8 məhsuldar ötürmə verib.