"Hər iki komanda qələbəyə yaxın idi. Yaxşı futbolla tərəflər buna layiq idi. Optimal heyəti qurmaq üçün neçə matçdı çalışıram. Düşünürəm ki, bu görüşdə ideal heyəti tapa bildim. Artıq mənə məlum oldu ki, kimlərlə harada, necə oynamalıyam".
“Dramatik, kuboka layiq oyun oldu”. Matc.az xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib.
58 yaşlı mütəxəssis Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Zirə”yə 1:2 hesabı ilə məğlub olduqları ilk oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.
Diniyev komandasından razılıq bildirib: “Hər iki komanda qələbəyə yaxın idi. Yaxşı futbolla tərəflər buna layiq idi. Optimal heyəti qurmaq üçün neçə matçdı çalışıram. Düşünürəm ki, bu görüşdə ideal heyəti tapa bildim. Artıq mənə məlum oldu ki, kimlərlə harada, necə oynamalıyam. Bu baxımdan görüş mənim üçün çox vacib idi. Kubokun hələ birinci hissəsini uduzmuşuq. Cavab qarşılaşmasında bizə hansı nəticə lazım olduğunu bilirik. Bu gün ikinci hissədə çox yaxşı idi. İndiyə qədər hücumda bu qədər fəal oynamırdıq. Yenə sadə qollar buraxırıq ki, bu amil məni narahat etdi. Gələcəyə nikbin baxmaq üçün mənə ümid verdi. Komandam doğru yoldadı. Bu heyətlə daha yaxşı olacağıq. Zirədə bunun əvəzini çıxmağa çalışacağıq.Rəqibə çempionatda uğurlar arzulayıram. Bir qol oyunun taleyini həll edib, uzatmalara apara bilər. Çox da şanssız deyilik. Şansımız daha çoxdur. İkinci yarıdakı oyunumuz cavab matçına nikbin baxmağa imkan verir”.