"Birinci hissə bizim üstünlüyümüzlə keçdi. Rəqibə pressinq edib, arxadan oyun qurmalarına mane olmaq və keçdilərdə effektli olmaq istəyirdik. Bir neçə təhlükəli hücumlarımız oldu, fərqlənə bilmədik. İkinci hissəyə də yaxşı başladıq, 2 qol vurduq".
“Hər iki komanda qələbə qazanmağa çalışırdı”.
Matc.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Səbail”in qonağı olan “Zirə” 2:1 hesablı qələbə qazanıb.
42 yaşlı mütəxəssis mətbuat konfransında cavab görüşünün daha çətin olacağını bildirib: “Birinci hissə bizim üstünlüyümüzlə keçdi. Rəqibə pressinq edib, arxadan oyun qurmalarına mane olmaq və keçdilərdə effektli olmaq istəyirdik. Bir neçə təhlükəli hücumlarımız oldu, fərqlənə bilmədik. İkinci hissəyə də yaxşı başladıq, 2 qol vurduq. Ondan sonra rəqib böyük qüvvə ilə irəli atıldı. “Səbail”in müdafiəsində yaranan boşluqlardan istifadə etmək istəyirdik. Daha böyükhesablı qələbə qazanaraq, cavab görüşünə rahat çıxmaq istəyirdik. Amma alınmadı. “Səbail” standart vəziyyətdən fərqi azaltdı. Bu qol intriqanı cavab matçına daşıdı. Sonda hər iki tərəf fərqlənə bilərdi. Fevralın 8-də cütlük arasında duelin ikinci hissə olacaq. Kiçik üstünlüyümüz var. Qarşımızda Şahin Diniyev kimi təcrübəli məşqçi var. Bu üzdən ciddi üstünlüyümüz yoxdu. Cavab matçına daha məsuliyyətli hazırlaşaraq, mərhələni keçən tərəf olmağa çalışacağıq.
Kubokla çempionat arasında seçim etmirik. Hər ikisi bizim üçün çox önəmlidir. Bir-birinə bağlıdır. Bilirik ki, "Neftçi", "Sabah" və "Qarabağ" finala kimi rəqibimiz olmayacaq. Çempionatın da favoritləridir. Belə olan halda, kubokda bizim tərəfdən çempionatda üçlükdə olmayan komanda finala çıxa bilər. Bu da Konfrans Liqasına gedən yolu təhlükəyə salır. "Zirə"də ilk ilimdə 4-cü yeri tutduq, amma "Keşlə" "Sumqayıt"ı kubokda uddu və biz avrokuboklara getmədik. Bu il finala çıxmağımız, çempionatdan da Konfrans Liqasına getmək üçün çox önəmlidir”.