İlk “altılığ”a “Bayer” və “Lill” daxildi. Həm Almaniya, həm də Fransa klublarında eyni göstərici var - hər matçda 0,74 qol.
“İnter” bu mövsüm Avropanın “böyük beşlik” liqalarında ən az qol buraxan komandadı. Matc.az xəbər verir ki, bu barədə “WhoScored” portalı araşdırma aparıb.
Simone İnzaqinin yetirmələri hər görüşdə orta hesabla 0,48 qol buraxır. Bu göstərici Avropanın Top-5 liqalarında ən yaxşı göstəricidi.
İkinci yerdə Fransa Liqa 1-ni təmsil edən “Nitsa” qərarlaşıb. “Qartallar” hər görüşdə orta hesabla 0,58 top buraxıb. Bu göstərici üzrə ilk “3-lüy”ə daha bir İtaliya komandası daxildi. Bu, 0,59 göstərici ilə “Yuventus”du. Onu “Real” (0,67) izləyir.
İlk “altılığ”a “Bayer” və “Lill” daxildi. Həm Almaniya, həm də Fransa klublarında eyni göstərici var - hər matçda 0,74 qol.
Qeyd edək ki, hazırda “İnter” İtaliya çempionatında turnir cədvəlinə başçılıq edir. 21 matçda 10 qol buraxan milanlıların aktivində 54 xal var.