30 Yanvar 2024, 21:17
FUTBOL
"Barselona"nın baş məşqçisi Xavi bu mövsümün sonunda klubdan ayrılacağı haqda danışıb.
Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandanın çətin vəziyyətdə olduğunu bildirib:
"Güman edirəm ki, işimiz kifayət qədər qiymətləndirilmədi. Mən bunu hiss edə bilirəm. Söhbət ondan getmir ki, təzyiqlərə dözə bilmədim. Klub tarixinin ən çətin anlarından birini yaşayır.
Nəticələr bizi ruhdan saldı. Hələ 2 kubok üçün şans var. Çempionlar Liqası bizə ümid verir".