"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi "ağ-göylər"in baş məşqçisi Lionel Skalonini gələn mövsüm "Barselona"nın baş məşqçisi vəzifəsinə tövsiyə edib.
 
Matc.az xəbər verir ki, 45 yaşlı mütəxəssisin milli ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədə olsa da, yayda Amerika Kubokundan sonra müqaviləyə xitam verə bilər.
 
Skaloninin namizədliyini Messi və ətrafı, həmçinin "Barselona"nın digər keçmiş futbolçusu Xavyer Maskerano da dəstəkləyir. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest