31 Yanvar 2024, 09:35
FUTBOL
Minifutbol üzrə Azərbaycan çempionatında VIII tur start götürüb. Matc.az xəbər verir ki, ilk gündə 4 oyun olub.
Çempionatın favoritləri “Zirə” və “Birbaşa Bakı” isə bu gün çıxış edəcək. “Zirə” “Real Bakı” ilə “Birbaşa Bakı” isə “Baku Fire” ilə üz-üzə gələcək.
Digər matçlarda “İnter” “Dinamo Gəncə”ni, “Aznur” da “Qalaxy Baku”nu sınağa çəkəcək.
Azərbaycan çempionatı
VIII tur
“Sumqayıt” – “Siyəzən” 6:2
“Abşeron” – “Veteran” 3:2
“Turan” – “Dirçəliş” 8:4
“Odlar Yurdu” – “Atəşgah Suraxanı” 5:4