“Qarabağ”ın müdafiəçisi Marko Veşoviçin cəzası müəyyənləşib. Matc.az saytı xəbər verir ki, UEFA monteneqrolu cinah oyunçusu ilə bağlı qərarını verib.

Avropa Liqasının qrup mərhələsində “Hekken”lə Bakıdakı qarşılaşmada birbaşa qırmızı vərəqə alan Veşoviçə 1 oyunluq cəza kəsilib. Bu isə o deməkdi ki, 32 yaşlı müdafiəçi pley-off mərhələsinin ilk matçını buraxacaq. O, Portuqaliya “Braqa”sı ilə Bakıda baş tutacaq cavab görüşündə məşqçilər korpusunun ixtiyarında olacaq.

Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə 22-də evdə keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest