“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” daha bir futbolçusunu itirib. Matc.az xəbər verir ki, Portuqaliya klubunda zədəli müdafiəçi Adrian Marinin durumu açıqlanıb.
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” daha bir futbolçusunu itirib. Matc.az xəbər verir ki, Portuqaliya klubunda zədəli müdafiəçi Adrian Marinin durumu açıqlanıb.
“Portu” ilə çempionat görüşündə sıradan çıxan ispaniyalı sol cinah oyunçusu əməliyyata ehtiyac duyub. Onun bir ay futbol oynamayacağı bilinib. Bu da o deməkdi ki, Marin “Qarabağ”la hər iki qarşılaşmanı buraxacaq. Ondan əvvəl isə yarımmüdafiəçi Bruma eyni halla üzləşmişdi.
Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab görüşünü bir həftə sonra evdə keçirəcək.