31 Yanvar 2024, 10:13
FUTBOL
“Mançester Yunayted”in qapıçısı Andre Onana Kamerun millisini tərk etməyi düşünür. Matc.az xəbər verir ki, o, Afrika Millətlər Kubokundan sonra bu fikrə düşüb.
Qolkiper 1/8 finala vəsiqə qazanana qədər keçirilən dörd oyundan yalnız birində iştirak etməsindən narazıdı. 27 yaşlı futbolçunun Kamerun Futbol Assosiasiyasının prezidenti Samuel Eto ilə münasibəti pisdi. Bu üzdən Onana yığma karyerasını bitirməyə hazırlaşır.
Qeyd edək ki, Onana 2022-ci ilin dekabrında millidən getdiyini açıqlamışdı. Ancaq sonradan yığmaya qayıdıb. Kamerun Afrika Millətlər Kubokunun 1/8 finalında Nigeriyaya 0:2 hesabı ilə məğlub olub.