31 Yanvar 2024, 10:46
FUTBOL
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha iki oyununun VAR təyinatları müəyyənləşib. Matc.az xəbər verir ki, bu gün keçiriləcək “Araz-Naxçıvan” – “Qəbələ” görüşündə bu funksiyanı Elçin Məsiyev yerinə yetirəcək.
Görüşün AVAR-ı Pərvin Talıbov olacaq.
“Sumqayıt” – “Neftçi” oyununda isə Cavid Cəlilov VAR, Rahil Ramazanov AVAR kimi iş başında olacaq.
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Qəbələ” oyunu saat 16:00-da, “Sumqayıt” – “Neftçi” görüşü isə 19:00-da başlayacaq.