“Turan Tovuz”da əsas komandadan sonra futbol akademiyasında da oyun qaydaları ilə bağlı seminar keçirilib. Matc.az xəbər verir ki, əsas kollektivə AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək seminar keçirmişdisə, akademiya üçün bu funksiyanı klubun akademiyasının koordinatoru Rasim Əliyev yerinə yetirib.

O, U-15, U-16, U-17 və U-19 komandalarının məşqçi və futbolçu heyətinə oyun qaydalarını izah edib. Əliyev qaydalardakı yeniliklər barədə məlumat verib.

Müxətlif görüşlərdən seçilən epizodlar müzakirə edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest