31 Yanvar 2024, 12:00
FUTBOL
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” 2 futbolçusu ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, hər iki oyunçu hücumçudu.
Belə ki, Portuqaliya klubu Andre Laksimikant və Luis Asue ilə vidalaşıb. Portuqaliyalı Laksimikant ölkəsinin digər komandası “Kasa Pia”ya keçib. Ekvatorial qvineyalı Asue isə “Moreyrense” ilə anlaşıb.
Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında oyunlar fevralın 15-də və 22-də keçiriləcək.