31 Yanvar 2024, 11:34
FUTBOL
“Qəbələ” bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Araz-Naxçıvan”la qarşılaşacaq. Matc.az xəbər verir ki, “qırmızı-qaralar” meydana itki ilə çıxacaq.
Yenidən bölgə təmsilçisinə qayıdan Klesio Bauk səfər qarşılaşmasını buraxmalı olacaq. Buna səbəb onun Mozambik millisinin heyətində Afrika Millətlər Kubokunda yüngül zədə almasıdı. Forvard fərdi məşqlərlə kifayətlənir.
Qeyd edək ki, “Daığa Arena”da keçiriləcək “Araz-Naxçıvan” - “Qəbələ” oyunu saat 16:00-da başlayacaq.