31 Yanvar 2024, 12:23
FUTBOL
Tailand polisi ölkə vətəndaşlarına “Bayer”in baş məşqçisi Xabi Alonso adı altında tələ qurulmasını aşkara çıxarıb. Matc.az xəbər verir ki, onlar sosial şəbəkələrdə fırıldaqçıların hiylələrinə uymamaları barədə rəsmi xəbərdarlıq edib.
Həmin şəxslər Tailanddan olan “Liverpul” azarkeşlərinə aşağıdakı kimi mesaj yazaraq onları aldadıb: “Mən Xabi Alonsoyam. Gələn mövsüm “Liverpul”u çalışdıracağam. Ancaq indi İngiltərəyə bilet almaq üçün pulum yoxdu. Mənə 300 baht (14 manat) borc verə bilərsən?”
Bir çox “Liverpul” fanatlarə bu hiyləyə düşüb.