31 Yanvar 2024, 13:29
FUTBOL
“Yuventus” yeni futbolçu transfer edib. Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano paylaşım edib.
Ounn sözlərinə görə, “Sauthempton”un yarımmüdafiəçisi Karlos Alkaras Turin klubu ilə anlaşıb. Argentinalı tibbi baxışdan keçmək üçün artıq Londona gedib. O, mövsümün qalan hissəsini icarə əsasında “Yuventus”da keçirəcək.
Qeyd edək ki, 22 yaşlı oyunçu bu mövsüm “Southempton”un heyətində 26 oyunda 4 qol vurub, 3 assist edib.