Rusiya klubları 2023-cü ildə beynəlxalq transferlərə 114 milyon dollar xərcləyib. Matc.az xəbər verir ki, bu, FİFA-nın ötənilki transfer hesabatında yazılıb.

Araşdırma yalnız Rusiya Premyer Liqa təmsilçilərinin ölkə xaricindəki klublarla transfer alış-verişi nəzərə alınıb. Daxili bazar hesaba alınmayıb.

Ötən il Rusiya klubları beynəlxalq transferlərə 113,8 milyon dollar xərcləyib. Ümumilikdə 205 belə satınalma həyata keçirilib. Eyni zamanda, eyni dövrdə komandalar 249 futbolçunu xaricə ümumilikdə 154,7 milyon dollara satıb.

2023-cü ildə klublar beynəlxalq transferlərə 9,63 milyard dollar xərcləyib. Bu da rekord göstəricidi. Ən çox ödənişi ingilis klubları edib, ən çox qazanan isə alman klubları olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest